Kütləvi davada öldürülən 18 yaşlı Nemət -

Xəbər verdiyimiz kimi, ötən gün saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində kütləvi dava nəticəsində 18 yaşlı Nemət Həsənov öldürülüb. Hadisə yerində olan daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Metbuat.az xəbər verir ki, Nemət Həsənov çox qan itirdiyindən o xəstəxanada dünyasını dəyişib.

Nemətin yaxınları onun dostlarına xitabən çəkdiyi videonu sosial şəbəkə hesablarında paylaşıblar. Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun: Bakıda gecə saatlarında qətl - ÖLƏN VAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR