Unudulmaz deputatlar -

Uzun illər Milli Məclis kürsüsündə əyləşmiş bir sıra sabiq millət vəkilləri var. Onların bəziləri siyasi fəaliyyətdən və mətbuatdan uzaq qalsalar da, bəziləri hələ də siyasi proseslərdə aktivdir.

Metbuat.az həmin deputatların bəzilərini təqdim edir:

Zeynəb Xanlarova - Xalq artisti I, II, III, IV və V çağırış üzrə ümumilikdə 24 il parlament kürsüsündə əyləşib. Hal-hazırda 85 yaşı olan Zeynəb Xanlarova, həm siyasi, həm də yaradıcılıq fəaliyyətindən uzaq görünür. Uzun illərdir TV-dən uzaq düşən Xalq artisti Zeynəb Xanlarovanın ölkədən getməsi ilə bağlı məlumatlar yayılsa da, Xalq artisti bu həftə AzTV-nin Yeni il çəkilişində iştiak edərək iddialara nöqtə qoyub.

Zeynəb Xanlarova vəfat edib? - Ailəsindən açıqlama

Hüseynbala Mirələmov - III, IV, V çağırış deputat seçilən Hüseynbala Mirələmov cari ilin aprel ayında qeyri-etik görüntülərinin yayılmasından sonra ən çox müzakirə edilən şəxslərdən biri oldu. Mirələmov bundan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən, 23-də YAP sıralarından xaric edilib.

Hüseynbala Mirələmov kimdir…

İqbal Ağazadə - İqbal Ağazadə II, III və IV çağırış üzrə millət vəkili seçilib. İqbal Ağazadə VI çağırış parlament seçkilərində namizədliyini irəli sürüb. İqbal Ağazadə Ümid Partiyasının sədri kimi siyasi fəaliyyətini davam etdirir.

İqbal Ağazadə: “Şansımız çox yüksəkdir” – Novator.az

Cavid Qurbanov - III, IV və V çağırış üzrə millət vəkili seçilmiş Cavid Qurbanov 7 il - 2015-ci ilin fevralından 2022-ci ilin mayına qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olub. 2022-ci ilin may ayının 24-dən isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinidir.

Bakupost.az - Cavid Qurbanov müəmması: vuruldu, yoxsa..? - RƏYLƏR

Abel Məhərrəmov - Milli Məclisinin III və IV çağırış deputatı olub. O 19 il rektoru olduğu Bakı Dövlət Universitetində vəzifəsindən azad edilib. Hazırda həmin universitetin Üzvi kimya kafedrasının müdiri kimi elmi fəaliyyətini davam etdirir.

Abel Məhərrəmov HARALARDADI...

Hadı Rəcəbli
Hadı Rəcəbli I və V çağırış deputatı olub. Sabiq deputat uzun müddətdir ki, mətbuatdan uzaq qalıb.

Hadi Rəcəbli ambur.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR