Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini İsmayıl Seyidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İ. Seyidov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İsmayıl Seyidov şəhər sakinlərinin etibarından sui-istifadə edərək dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.