Bərdədə polis maşını qəzaya düşdü -

Bərdədə yol qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.


Bərdədə polis maşını qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Bərdədə polis maşını qəzaya düşüb, xəsarət alanlar var - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR