Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
Azərbaycanda I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi sülhün və beynəlxalq əməkdaşlığın bərqərar olmasına imkan yaradacaq. Bu barədə Trend-ə İraqın neft naziri Adil Əbdülmehdi deyib.
Onun sözlərinə görə, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi çox yaxşı addım və hökumətin dəyərli təşəbbüsüdür:
“Regional və beynəlxalq cəmiyyətlərin birləşməsinə ehtiyac olan dünyada yaşayırıq. İlk Avropa Oyunları sülhün və dostluğun bərqərar olmasına imkan yaradacaq, belə tədbirlərin köməyi ilə fikir ayrılığı və münaqişələrin öhdəsindən gəlmək olacaq”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az