Məşhurların iştirak etdiyi karnavalda faciə baş verdi -

Nigeriyanın Kalabarda şəhərində keçirilən karnaval zamanı sürücünün avtomobili baykerlərin üstünə sürməsi nəticəsində 20-yə qədər insan ölüb, 24 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, sürücü sürət həddini aşaraq, parad üçün nəzərdə tutulan yola girib. Həmin vaxt avtomobillərin hərəkəti üçün bağlanan yolda məşhur bayker paradı keçirilirmiş. Sürücü saxlanılıb.

Qeyd edək ki, Nigeriyada ən böyük küçə şənliyi hesab edilən tədbir ənənəvi olaraq keçirilir. Karnavalda məşhurlar da daxil olmaqla, bir sıra baykerlər iştirak edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR