Pelenin vəfatından sonra ulduz futbolçular

Xəbər verdiyimiz kimi, Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, məşhur futbolçular Pele ilə bağlı son sözlərini yazıblar.

Onlardan bir neçəsini təqdim edirik:

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo: "Bütün Braziliyaya, xüsusən də cənab Edson Arantes do Nascimentonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hazırda bütün futbol dünyasını əhatə edən ağrını ifadə etmək çox çətindir. Pele milyonlarla insan üçün ilham və əbədi olaraq bir istinad idi. Onun mənə həmişə göstərdiyi məhəbbət və uzaqdan da olsa, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq və xatirəsi hər bir futbolsevərimizdə əbədi yaşayacaq. Rahat yat, Kral Pele".

Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe: "Futbolun kralı bizi tərk etdi, ancaq onun irsi heç vaxt unudulmayacaq".

Cənubi Amerika təmsilçisinin ulduz futbolçusu Lionel Messi: "Qəbrin nurla dolsun"

Polşa millsinin oyunçusu Robert Levandovski: "Qəbrin nurla dolsun, çempion. Cənnətdə yeni bir ulduz var və futbol dünyası bir qəhrəmanını itirdi".

Braziliya yığmasının futbolçusu Neymar: "Peledən əvvəl "10" sadəcə bir rəqəm idi. Bu ifadəni həyatımın bir yerində, haradasa oxumuşdum. Amma o gözəl cümlə yarımçıqdır. Deyərdim ki, Peledən əvvəl futbol sadəcə idman idi. Pele hər şeyi dəyişdi. Futbolu sənətə, əyləncəyə çevirdi. Kasıblara, zəncilərə və xüsusən: Braziliyaya görünmə imkanı verdi. Futbol və Braziliya Kral sayəsində statuslarını yüksəltdi! O getdi, amma sehri qalacaq. Pele ƏBƏDİDİR".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR