Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus üç avtomobilin sərbəst keçidi baş tutub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 3 avtomobil Xankəndidən Laçına maneəsiz keçid edib.

Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb.