Bakı sakinləri 2023-ü belə qarşılayır -

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub.

Metbuat.az xəbər verir ki, Dənizkənarı Milli Parkda izdiham yaşanıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Eyni zamanda, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR