Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlandı

Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq.

Şərq küləyi 3-8 m/s əsəcək.

Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq.

Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir.

Şərq küləyi 3-8 m/s əsəcək.

Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.

Şərq küləyi 3-8 m/s əsəcək.

Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR