Baydenin keçmiş şəxsi ofisində “məxfi dövlət sənədləri” tapıldı

ABŞ prezidenti Co Baydenin keçmiş şəxsi ofisində onun vitse-prezidentliyi dövründən qalan “məxfi dövlət sənədləri” tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber açıqlama verib. O bildirib ki, Baydenin şəxsi ofisində onun 2009-2017-ci illərdə vitse-prezident vəzifəsində işlədiyi dövrə aid “məxfi məlumatlar”ın olduğu bir neçə sənəd qalıb. Sauber sənədlərin bağlı olan kabinetdən tapıldığını ifadə edib. Sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri “Ağ Ev”lə və milli dövlət arxiv agentliyi ilə əlaqə saxlayıb. “Ağ Ev” rəsmiləri və Ədliyyə Nazirliyi sözügedən sənədlərin araşdırdığını açıqlayıb.

Qeyd edək ki, Bayden keçmiş prezident Donald Trampın iqamətgahında gizli sənədlər tapılan zaman onu məsuliyyətsizlikdə ittiham etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR