Ərəblər bu dəfə türk ulduz üçün gəlir -

İtaliyanın “Napoli” klubu “Fənərbaxça”nın istedadlı futbolçusu Arda Gülər üçün təklif hazırlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Bildirilir ki, “Napoli” nümayəndələri ilə yanaşı klubun idman direktoru Kriştiano Gjuntoli də şəxsən Arda Gülərin oyununu izləyərək bəyənib. Məlumata görə, “Napoli” “Fənərbaxça”ya rəsmi təklif ünvanlamağa hazırlaşır. Transfer üçün idman direktorunun şəxsən səy göstərəcəyi bildirilir.

“Corriere dello Sport”un məlumatına görə, PSJ klubu da Arda Güləri transfer etməkdə maraqlıdır. Məlumata görə, PSJ Arda Güləri alsa onu bir müddət icarəyə göndərə bilər.

Qeyd edək ki, 70 faizi "Qatar Sports Investments" tərəfindən alınan PSJ klubunun, heyətə gənc oyunçular qatmaq üçün Neymarı satmağa hazırlaşdığı barədə xəbərlər dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR