Tarzən Humay Qədimova son günlərin trend mahnısı "Calm Down"nu tarda ifa edib.

Metbuat.az xəbər verir ki, musiqiçi bunu əks etdirən görüntüləri instaqram hesabında paylaşıb.

Qeyd edək ki, məşhur "Calm Down" mahnısının müəllifi nigeriyalı musiqiçi Remadır. O, mahnını Selena Qomezlə birlikdə oxuyub. Müğənni Səidə Sultan mahnının sözlərini dəyişərək Ana dilimizə uyğunlaşdırıb. Onun bu ifası müzakirələrə səbəb olub.