Ötən il 86 jurnalist öldürülüb

2022-ci ildə dünyada 86 jurnalist və KİV əməkdaşı öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb. Belə ki, 2022-ci ildə Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən təhlükəli region olub. Burada 44 qətl olub, bu da dünyada baş verən qətllərin yarısından çoxunu təşkil edir. Asiya-Sakit Okean regionunda 16, Şərqi Avropada isə 11 jurnalist öldürülüb.

UNESCO-nun məlumatına görə, jurnalistlər əsasən xidməti vəzifələrini yetirmədikləri zaman öldürülüb: onlar yolda, evdə, dayanacaqda və ya digər ictimai yerlərdə olublar.

Münaqişə vəziyyətində olan ölkələrdə öldürülən jurnalistlərin sayı 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 20-dən 23-ə yüksəlib. Bu jurnalistlər müxtəlif səbəblərdən, o cümlədən mütəşəkkil cinayətkarlıq, silahlı münaqişə, artan ekstremizm və ya korrupsiya, ekoloji cinayət, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya nümayişlər kimi həssas mövzuları işıqlandırdıqlarına görə qisas almaq məqsədilə öldürülüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR