"Qarabağ" Polşa klubuna

Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son 2 yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" bu gün digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 49-cu dəqiqədə Marko Veşoviç və 90+4-cü dəqiqəd Abdullah Zubir vurub.

"Qarabağ"dan 70-ci dəqiqədə Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bu cəza rəqib futbolçu təhqirə görə,Şeydayevə isə onu vurduğuna görə cəzalandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR