Məsud Özili görənlər inanmadı -

“Başakşehir”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Məsud Özil gözlənilmədən Türkiyə kubokunun 1/16 finalında meydana çıxıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Əmrə Bəlözoğlu rəqib meydanında “Fatih Karagümrük”lə qarşılaşma zamanı Məsud Özilə əsas heyətdə şans verib. Baş məşqçinin uzun müddətdir futbol oynamayan Özilə şans verməsi təəccübləndirib. Özil qarşılaşma zamanı uğurlu oyun nümayiş etdirməyib. Məsud Özil sonuncu dəfə 4 ay əvvəl forma geyinib.

Qeyd edək ki, əsas və əlavə hissələri 2:2 hesabı ilə başa çatan oyunda “Başakşehir” rəqibini penaltilərdə 5:3 məğlub edib.

Məsud Özilin Səudiyyə Ərəbistanının "Əl Feiha” klubuna keçəcəyi iddia edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR