Bu gün Ronaldo və Messi üz-üzə gəlir

Ulduz futbolçular və əzəli rəqiblər olan Lionel Messi və Kriştiano Ronaldo uzun müddətdən sonra bu gün üz-üzə gələcəklər.

Metbuat.az xəbər verir ki, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında "Əl-Nəsr" və "Əl-Hilal"ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü olacaq. Messi PSJ-nin formasını geyinirsə, “Əl-Nəsr”in yeni transferi Ronaldu ölkənin ulduzlardan ibarət komandasında kapitan kimi meydana çıxacaq.

Görüş Ər-Riyaddakı "Kral Fəhd" stadionunda Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə 2020-ci il dekabrın 8-də bir-birinə rəqib olublar. Bu, Çempionlar Liqasının qrup mərhələsinin son turuna təsadüf edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR