İordaniya ABŞ-la F-16 tədarükünə dair müqavilə imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, ilk mərhələdə ABŞ İordaniyaya 12 F-16 tədarük edəcək. İmzalanma mərasimində İordaniya Baş Qərargah rəisinin müavini briqada generalı Abdullah Şadifət, Hərbi Hava Qüvvələri komandanı Məhəmməd Fethi Hiyasət və ABŞ-ın Əmmandakı səfirinin müavini Rohit Nepal iştirak edib. Bildirilib ki, razılaşma Əmmanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, saziş ABŞ və İordaniya arasında hərbi əməkdaşlığın və birgə əməliyyatların artırılması, terrorizmlə mübarizənin gücləndirilməsi və regionda sabitliyin dəstəklənməsi məqsədi daşıyır.