Rusiya və Türkiyə qaz qovşağının təhlükəsizliyinin müzakirəsinə

Rusiya və Türkiyə qaz qovşağının təhlükəsizliyinin incə məsələlərini müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində xarici işlər nazirinin müavini Oleq Syromolotov bildirib.

"Türkiyədə qaz qovşağı yaratmaq Rusiya prezidenti Vladimir Putinin birgə səylərin nəticəsində mümkün oldu. Hazırda bu ideyanın həyata keçirilməsinin müxtəlif aspektləri, o cümlədən incəlikləri ekspertlər səviyyəsində müzakirə olunur. Bu müzakirələr əsnasında türk tərəfdaşların ruh yüksəkliyi, konstruktiv yanaşması və sıx birgə işdən məmnunluq hissini biz yüksək qiymətləndiririk”.

Syromolotov onu da bildirib ki, Moskva və Ankara birgə səylərlə bütün yaranan problemləri, o cümlədən mövcud və gələcək enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsini uğurla həll edə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR