Polşaya gedən ukraynalı qaçqınların sayı 9.5 milyonu ötdü

Müharibə başlayandan bəri Polşaya gedən ukraynalı qaçqınların sayı 9.5 milyonu ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidmətinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, 1 sutkada Polşa sərhədini keçən Ukrayna vətəndaşlarının sayı 22 700 nəfər olub. Həmçinin Polşanı tərk edən ukraynalıların sayı da açıqlanıb.

Məlumata görə, 7.7 milyon Ukrayna qaçqını Polşadan digər ölkələrə gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR