Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə onu

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

Metbuat.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis polkovniki Ramil Priyev Alayın Qərargah rəisi təyin olunub.

Qeyd edək ki, daha əvvəl Əlahiddə Çevik Polis Alayının komandiri polis general-mayoru Səhlab Bağırov idi. O, ötən ay vəzifəsindən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR