"Instagram"ın qurucuları yeni tətbiqlə geri döndü

"Instagram"ın qurucuları olan Kevin Systrom və Mike Krieger yeni tətbiqlə geri qayıdırlar.

Metbuat.az xəbər verir ki, şirkətdən ayrıldıqdan 4 il sonra Kevin Systrom və Mike Krieger Digər foto və video platformalarından fərqli olaraq hələ adı bilinməyən bu yeni tətbiqləri ilə insanlara xəbər oxumağa imkan yaradacaqlar. Belə ki, insanlar yeni tətbiqdə xəbərlər oxuyacaq, kliklədikləri xəbərlərə uyğun məzmunda informasiyalar əldə edəcəklər.

Tətbiqin istifadəçilərə nə zaman təqdim ediləcəyi hələ ki bilinmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR