Ananı bıçaqladı, 14 yaşlı qızı isə... -

Xəbər verdiyimiz kimi, Sabunçuda gecə saatlarında Zaur Babayev bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirib. 2009-cu il təvəllüdlü Günay aldığı xəsarətdən vəfat edib.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, hadisə barədə bəzi detallar məlum olub. Belə ki, Əfsanə Şadatova ilə qeyri-rəsmi münasibətdə olduğu şəxs - Zaur Babayev arasında münaqişə yaranıb. Bundan sonra Zaur Babayev Əfsanəyə bıçaqla zərbələr endirib. O, Əfsanəyə 14 yaşlı qızını öldürəcəyini deyərək onu yaralı halda tərk edib.

Zaur qohumlarıgildə olan 14 yaşlı Günayın yanına gedib və onu oradan götürüb. Bundan sonra isə yeniyetməni qətlə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR