ABŞ Şimali Koreyaya çağırış etdi

"Biz dəfələrlə Şimali Koreya ilə danışıqlara hazır və istəkli olduğumuzu açıq şəkildə bildirmişik".

Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Şimali Koreyanın müharibə ilə bağlı hədələrinə belə cavab verib. O bildirilib:

“Biz dəfələrlə açıq şəkildə bildirmişik ki, Şimali Koreya ilə Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq üçün atacağımız addımlar barədə danışmağa hazırıq. Regional sülh və təhlükəsizlik üçün dünya ölkələri Şimali Koreyanı məsuliyyətə cəlb etməli və Pxenyan rejiminə ABŞ, onun müttəfiqləri üçün təhlükə yaradan davamlı təxribatların baha başa gələcəyi barədə mesaj göndərməlidir. BMT Təhlükəsizlik Şuranın qətnamələrinin lehinə səs verən Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri də daxil olmaqla, bütün ölkələr Şimali Koreyaya qarşı sanksiyalara əməl etmək və onları həyata keçirmək barədə məsuliyyəti daşıyır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR