“Sosiallıq Dairəsi” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Birliyin Təhsil və təlimlər üzrə katibi, layihə rəhbəri Günel Ələsgərli tədbir iştirakçılarını salamlayaraq, onları layihədə iştiraka vəsiqə qazanması münasibətilə təbriklərini çatdırıb. Diqqətə çatdırılıb ki, 1 ay boyunca baş tutacaq layihə müddətində sosial sahibkarlıq, bullinq və onun aradan qaldırılması yolları, gənclərin aktual problemlərin həllində yanaşması və digər mövzular üzrə təlimlər və qrup işlərinin keçirilməsi planlaşdırılır.

Həmçinin qeyd olunub ki, “İrəli” İctimai Birliyi tərəfindən fərdi layihələrin dəstəklənməsi istiqamətində indiyədək bir sıra fəaliyyətlər icra olunub. Cari il ərzində Azərbaycan Gənclər Fondu tərəfindən elan edilmiş gənclərin fərdi təşəbbüslər qrant müsabiqəsi çərçivəsində 10-dan çox layihəyə tərəfdaş qismində dəstəyin göstərilməsi nəzərdə tutulduğu layihə iştirakçılarına bildirilib.

“Sosiallıq Dairəsi” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktual problemlərin həllində aktiv iştirakçılığını artırmaq, potensial bilik və bacarığını təkmilləşdirmək və əhalinin müxtəlif kateqoriyalarının ehtiyac və maraqlarının öyrənilməsində gənclərin rolunu daha da gücləndirməkdir. Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR