“Yardımların içinə gecə köynəkləri qoyublar, niyə söz edirsiniz?” -

"Zəif və həssas bir mövzuya toxunmaq istəyirəm. Bəzi insanlar söyləyirlər ki, yardımların içərisindən yay mövsümündə geyiniləcək geyim, çəkələk və dikdaban ayaqqabı çıxır. Bunu da çəkib, paylaşıb, məsxərəyə qoyurlar. Hamının evində "Zilli" və "Baldessarini" yoxdur. Kimin nəyi var, onu da qoyur. Biz tərbiyəçi deyilik. Kimin ağlı haraya qədər kəsib, yardımların içinə onu da qoyub".

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında çəkib, yayımladığı videomüraciətində deyib.

Sənətçi zərərçəkənlərə göndərilən bəzi geyim əşyalarının sosial şəbəkələrdə lağ predmetinə çevirilməsinə etiraz edib:

"Gördünüz ki, həmin əşyalar yaramır, qoyun kənara. Vacibdir çəkib, paylaşasınız? Sizin bu paylaşımlarınıza baxıb, digər insanlar yardım etməkdən çəkinəcəklər. Elə yalnız yazırlar ki, çəkmə, üst geyimi göndərin. Bu insanların alt paltarı yoxdur? Yalnız üst geyimi var? Niyə hər şeyi söz edirsiniz? Yardımların içinə gecə köynəkləri qoyublar. İnsanlar yalnız paltoda yatacaqlar?

Nəyi bacarıb, onu da göndərib. Sən başqa cür başa düşürsən, o başqa cür düşünür. İnsanları ələ salmayın. Nə gözəl vicdanımız, insafımız, imanımız var. İnsanlar əllərindən gələni edir. Bu borcdur, qardaşın qardaşa borcudur. Amma ələ salmayın. Hamı eyni ağılda deyil. Bunların xalqın gözünə soxmaq lazım deyil. Uçqunun altından çıxan ayaq yoluna, hamama getməyəcək? Ayağına çəkələk geyinməyəcək? Etməyin belə şeylər. Allah hamımıza kömək olsun".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR