Blinken Çavuşoğluya zəng etdi

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə Blinke tvitter hesabında bildirib.

"Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın zəlzələdən xilasetmə səylərinə dəstəyi ilə bağlı mühüm danışığımız oldu. Biz Türkiyə və Suriyadakı qurbanlara kömək etmək üçün əlimizdən gələni etməkdə qərarlıyıq" - deyə dövlət katibi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR