Britaniyanın Baş naziri şəxsən Türkiyə və Suriyaya yardıma qoşuldu -

Böyük Britaniyanın baş naziri Rişi Sunak Londonda ianə toplama işlərinə qatılıb.

Metbuat.az xəbər verir ki, baş nazir Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək yardımın qablaşdırılması işində şəxsən iştirak edib.

Sosial şəbəkələrdə həmin anların görüntüləri paylaşılıb. İzləyicilər nazirin bu hərəkətini müsbət qiymətləndiriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR