Boksçumuz Macarıstanda bürünc medal qazandı

Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib.

Metbuat.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb.

Döyüş rəqibin qələbəsi ilə başa çatıb. T.Sarıyev yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR