Dünya Kuboku: Azərbaycanın iki sablyaçısı əsas mərhələyə yüksəldi

Azərbaycanın daha 2 qadın sablyaçısı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun əsas mərhələsində mübarizə aparacaq.

Metbuat.az-ın məlumatına görə, Səbinə Kərimova və Zərifə Hüseynova təsnifat görüşlərini qələbə ilə başa vuraraq, həlledici raunda yüksəlməyi bacarıb.

Qrupda 4 qələbəsi olan Kərimova ən güclü "64-lüy"ə çıxmaq uğrunda qarşılaşmada yerli idmançı Paola Pliegoya 15:8 hesabı ilə qalib gəlib. Hüseynova isə almaniyalı Julika Funkeni 15:13 hesabı ilə məğlub edib.

Dünya reytiqində 1-ci srada qərarlaşan Anna Başta isə mübarizəyə əsas mərhələdən başlayacaq. O, italiyalı Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq.

Qeyd edək ki, Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrupdan çıxsa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR