Moldovanın Baş naziri istefa verdi

Moldovanın Baş naziri Nataliya Qavrilitsa istefa verib.

Metbuat.az-ın xəbərinə görə, məlumatı TASS yayıb.

Məlumata görə, o, Moldova Respublikası Prezidentinin iqamətgahında gərgin keçən görüşdən sonra istefa haqqında qərarını açıqlayıb.

Onun sözlərinə görə, ölkənin üzləşdiyi çoxsaylı böhranlara baxmayaraq, başçılıq etdiyi hökumət irəliləyiş əldə edib:

“Moldova xalqı Avropa İttifaqına inteqrasiyanın bütün üstünlüklərindən istifadə etməyə layiqdir”.

Onun sözlərinə görə, hökumət Avropa İttifaqına üzvlük üçün hakimiyyətdən aldığı dəstəyi daxili məsələlər üçün də alsaydı daha da yaxşı nəticələr əldə etmək olardı:

“Bu hökumətin başında bir il yarım qaldıqdan sonra vəzifədən istefa verməyimi açıqlamağın vaxtı çatıb”.

Ölkə Konstitusiyasına görə, Baş nazirin istefası hökumətin istefası deməkdir.

Qeyd edək ki, N.Qavrilitsa 1977-ci il sentyabrın 21-də Moldovanın Malaeştı şəhərində anadan olub. O, 2021-ci il avqustun 6-dan ölkənin Baş naziri işləyirdi. Bundan əvvəl isə maliyyə naziri vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR