Şəmkirdə ağır qəza:

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki “Jeep” markalı minik avtomobil toqquşub.

Qəza zamanı 1971-ci il təvəllüdlü Təranə Nağıyeva hadisə yerində ölüb.

2005-ci il təvəllüdlü Nəzrin Nağıyeva,1975-ci il təvəllüdlü Nəsibə Nağıyeva, 1980-ci il təvəllüdlü Əbdul-Bahar Əlavi, 1989-cü il təvəllüdlü Mayis Rəfiyev, 1984-cü il təvəllüdlü Mühəməd Mehdi Əhmədi və 1998-ci il təvəllüdlü Səyaf Nəzari xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR