Türkiyədə baş verən dəhşətli zəlzələdən sağ çıxarılanlar arasında azərbaycanlı tələbələr də var.
Metbuat.az xəbər verir ki, ATV-nin “7 Canlı” proqramına canlı bağlantı ilə qoşulan tələbələr başlarına gələn dəhşətli hadisədən danışıblar.
Azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları qeyd ediblər ki, bir gün öncə qar xəbərdarlığı edilib.
Zəlzələ baş verən gecə isə qəfil oyanıblar, bu zaman isə evdə dağıntılar yaranıb: "Bir az gözlədik, sonra bacımla yavaş-yavaş çölə çıxmağa başladıq. Amma yol yox idi. Qışqırmağa başladıq, qonşularımız eşitdi və bizə kömək etdilər".
Onlar qeyd ediblər ki, binanın 4-cü mərtəbəsində yaşayıblar. Sağ çıxdıqdan sonra isə ikinci zəlzələ zamanı bacıların olduğu bina tamam dağılıb.
Daha ətraflı videoda: