Zəlzələnin 228-ci saatında ÜÇ MÖCÜZƏ:

Türkiyənin Hatay bölgəsində dağıntılar altında qalan ana və övladları xilas edilib.

Metbuat.az xəbər verir ki, Hatayın mərkəzi Antakya rayonunda, zəlzələnin 228-ci saatında dağıntıları altından bir qadın və iki uşaq xilas edilib.Onların səhhətində ciddi problemlər olmasa da, müayinə üçün xəstəxanaya göndəriliblər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.


Hatay'da 228. saatte 3 mucize birden


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR