Dağıntılar altından telefonu tapıldı: Son sifarişi hamını duyğulandırdı -

Türkiyədəki zəlzələlər zamanı Adıyamanda atasını və anasını itirən Mərvə Börtanın sosial mediada paylaşdığı hekayə hamını duyğulandırıb.

Metbuat.az xəbər verir ki, Mərvə atasının mobil telefonunu dağıntılar altında tapıb. Məlum olub ki, onun atasının son sifarişi qızının doğum günü üçün hədiyyə olub. İki gün sonra ad gününü qeyd edəcək Mərvə telefondakı sifarişi görəndə duyğularına hakim ola bilməyib.

“Həyatımın ilk anasız və atasız doğum günü. Atam hədiyyəmi də hazırlamışdı” - o yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR