Deputat tələbələrə güzəşt etməyə çağırdı

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında tələbələri narahat edən məsələdən danışıb.

Metbuat.az xəbər verir ki, deputat təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələriin qarşıladıqları çətinlikləri vurğulayıb: "Tələbələrin qış tətilində Azərbaycana qayıtmasında çətinliklər yaranıb, bir çox tələbələr tətil günlərində də Türkiyədə qalmalı olublar. Digər tərəfdən zəlzələ səbəbindən Türkiyədə təhsil distant təhsilə keçib. Hazırda tələbələrin Azərbaycana qayıdışı zərurətə çevrilib. Biletlərin baha olması səbəbindən əlavə problemlər yaranıb. Tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR