Kim qızı ilə birlikdə məmurların idman yarışlarına baxdı -

Şimali Koreya lideri Kim Çen In qızı, on yaşlı Kim Joo-e ilə idman yarışlarına qatılıb.

Metbuat.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen İrin doğum günü münasibətilə Nazirlər Kabineti və Müdafiə Nazirliyinin komandaları arasında yarışlar keçirilib. Futbol və kəndir dartma oyunlarında Müdafiə idarəsinin təmsilçiləri qalibi olublar.

Tədbirdə müdafiə naziri Kanq Sun Nam, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Polituru Rəyasət Heyətinin üzvü Ço Yonq Von, həmçinin hökumət üzvləri və digər idarələrin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, hazırlı rəhbər Kim Çen In atasının doğulduğu və öldüyü günləri ölkə səviyyəsində xüsusi təmtəraqla qeyd edir. Dövlət başçısı olmuş, mərhum Kim Çen İrin öldüyü gün ölkədə milli matəm elan edilir.

Ким Чен Ын посмотрел спортивные соревнования вместе с дочерью


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR