Yaponiya şirkətləri ilə yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var

Yaponiya şirkətləri ilə  yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün  yaxşı imkanlar var
13:46 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd etdi.

Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlətimizin başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu dedi.

Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçi Yaponiyanın Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34846-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR