"Qarabağ" Belçikaya itki ilə gedir -

"Qarabağ"ın futbolçusu Marko Yankoviç 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Klubdan Metbuat.az-a verilən məlumata görə, buna monteneqrolu yarımmüdafiəçinin Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnməsidir.

Həkim müayinəsindən keçən 28 yaşlı oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtıq aşkar edilib.

Qeyd edək ki, "Qarabağ" - "Gent" matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR