Dünən nazirliyi tənqid edən Xalq artisti bu gün tərif yağdırdı -

Ötən gün uzunsürən xəstəlikdən sonra vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Metbuat.az xəbər verir ki, bu gün aktyor gündəm olan çıxışı ilə bağlı açıqlama verib. O qeyd edib ki, bu məsələ ilə bağlı ona zənglər gəlib: "Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə, inkişafına kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir. Mədəniyyətimizin başında duran nazirimiz (mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli nəzərdə tutulur -red) çox diqqətli və qayğıkeşdir".

O, həmçinin Adil Kərimli ilə təyinatından bir neçə gün sonra danışdığını deyib: "Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır".

Mədəniyyət Nazirliyi də məsələ ilə bağlı açıqlama verib: "Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər", - deyə qurumdan bildirilib.

Əli Nurun dünənki tənqidi çıxışı

Məsələ ilə bağlı bu gün verdiyi açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR