Putinin inanılmaz planı üzə çıxdı -

Rusiyanın Belarusla bağlı planına dair sənədlər internetə sızdırılıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, Rusiya 2030-cu ilə qədər Belarusu Rusiya Federasiyasına birləşdirməyi planlaşdırır. Məlumata görə, Prezident Vladimir Putin tərəfindən 2018-ci ildə yaradılan Rusiya Rəyasət Heyətinin Sərhədlərarası Əməkdaşlıq Müdirliyi tərəfindən hazırlanan bununla bağlı sənədlər “Yahoo! News” və Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti tərəfindən əldə edilib. Gizli faylın adı isə “Rusiya Federasiyasının Belarusiyadakı strateji hədəfləri”dir.

Sənədlərdə Belarusu ilhaq etmək və “tarixi Rusiyanın bir parçasını bərpa etmək” üçün qısa, orta və uzunmüddətli üç mümkün yanaşma göstərilib. Ortamüddətli plan Belarusun rəsmi olaraq 2025-ci ildə Rusiyanın tərkibinə daxil olmasını nəzərdə tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR