“Qalatasaray” Messidən xəbər gözləyir:

“Qalatasaray”ın PSJ-dən icarə götürdüyü Mario İkardinin Türkiyə təmsilçisindəki karyerası Lionel Messinin verəcəyi qərardan asılıdır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Messi PSJ ilə müqaviləsini yeniləsə İkardi Fransaya qayıtmayacaq. Bildirilir ki, Messi müqaviləsini yeniləməsə PSJ rəhbərliyi İkardiya yenidən şans verəcək. Messinin müqavilə yeniləyəcəyi təqdirdə “Qalatasaray” İkardini birdəfəlik transfer edə bilər. Fransa mətbuatı Messinin PSJ-də qalacağını yazır.

İkardi üçün digər seçim isə İtaliyada futbol oynamaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR