Bu mövsüm futbol mütəxəssislərini heyərət gətirən Almaniyanın "Union Berlin" klubu rəqib tanımır.

Metbuat.az xəbər verir ki, "Union Berlin" Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iddialı rəqib “Ayaks”ı 3-1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. "Union Berlin"in qollarını Robin Knoş, Yosip Juranoviç və Danilko Doekinin qeyd edib.

Qeyd edək ki, Hollandiyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. "Union Berlin" Almaniya çempionatında da uğurlu oyun sərgiləyir. 3-cü yerdə qərarlaşan "Union Berlin" birinci yerdə olan “Bavariya” ilə eyni xal toplayıb. "Union Berlin"in 21 oyuna 43 xal toplayıb.