Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son dörd ilk oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Metbuat.az-ın məlumatına görə, bu ada İspaniya "Real Madrid"inin hücumçusu Vinisius Junior layiq görülüb.

Braziliyalı hücumçu səsvermədə İtaliya "Napoli"sindən İrvinq Losano, "İnter"dən Hakan Çalhanoğlu və İngiltərənin "Mançester Siti" komandasından Riyad Mahrezi qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior İngiltərədə "Liverpul"u 5:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR