"İranda beş aydır davam edən aksiyalar biz türkləri hərəkətə keçirdi" -

"Bizim məqsədimiz Avropada yaşayan çox sayda azərbaycanlı və digər türk soydaşlarımızla birgə aksiya keçirərək, İrandakı türklərin hüquqlarını qorumaqdır. Bu zərurət beş aydan artıqdır davam edən etirazların yaratdığı siyasi vəziyyət fonunda biz türklərin mübarizəsini və aktivləşməsini labüd etdi".

Bu fikirləri Metbuat.az-a açıqlamasında Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani deyib. Ekspert bildirdi ki, Avropada yaşayan türklər olaraq meydanda olmalı və fəaliyyətimizi koordinasiyalı şəkildə davam etdirməliyik.

Elyar Kamrani

Biz qərara gəldik ki, bundan sonra aksiyalar davamlı şəkildə aparılsın. Martın 25-də Brüsseldə keçiriləcək aksiyanın təşkili üçün yaradılan qrup üzvləri “Zum konfrans” keçirdi. Konfransda 100-ə yaxın insan iştirak etdi. Uğurlu keçən konfransdan sonra gördük ki, maraq böyükdür. 30-a yaxın insan Koordinasiya Mərkəzinə seçildi. Qərara alındı ki, aksiyanın keçiriləcəyi yer ilə bağlı icazə alınsın. Yaxın günlərdə kimlər sözçü seçiləcək, aksiya necə təşkil olunacaq – bununla bağlı qərarlar veriləcək. Konfransda azərbaycanlılarla yanaşı, Anadolu türkləri, qaşqaylar da yaxından iştirak edirdi. Bu isə onu göstərir ki, uğurlu bir iş olacaq. Habelə, bütün millətimizin və fəallarımızın dəstəyini gözləyirik”,- deyə Kamrani qeyd edib.

Məlumat üçün bildirək ki, İranda bir neçə aydır başlayan etiraz aksiyaları Əhvaz, Təbriz, Tehran şəhərlərində davam edir. Təbrizin mərkəzi məhəllələrindən olan Çaykənar məhəlləsində milli şüarları ehtiva edən plakad asılıb.

Plakatda "Müstəqillik qeyri-fars millətlərin 100 illik əsirlik, yoxsulluq və ayrı-seçkilikdən qurtulmalarının yeganə çıxış yoludur. Bizim üsyanımız Güney Azərbaycan müstəqilliyi üçündür. Şüarımız: Ədalət, Azadlıq, Milli hökumət" yazılıb. Əhvaz şəhərində isə etirazçılar polis qüvvələrinin qərargahına hücum ediblər. Toqquşmalar zamanı çox sayda polis qüvvələri ölüb, yaralananlar da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR