Rusiya ABŞ-ı İTTİHAM ETDİ:

"Ukraynada kimyəvi silahdan istifadə edilərsə əsl günahkarlar müəyyən edilərək cəzalandırılacaq".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı RİA Novosti-yə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qüvvələrinin rəhbəri İqor Kirillov edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 10-da Kiyevin nəzarətində olan Kramatorsk şəhərinə gələn qatarın vaqonlarından birində şübhəli görünən 16 möhürlənmiş metal qutu aşkar edilib. Baxış zamanı qutuların səkkizində təhlükəli kimyəvi məhsul olduğu aşkar edilib. Digər beş qutu da isə üzərində "CS - Riot" yazılan kimyəvi maddə aşkar edilib. Bildirilib ki, həmin maddələr ABŞ ordusunun Vyetnamda geniş istifadə etdiyi, kəskin psixoz, oriyentasiya pozğunluğu yaradan "B-Zet" psixotrop maddəsidir. Öz növbəsində general əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi Qərbin Kimyəvi Silahlar Konvensiyasını pozan cinayətkar fəaliyyətinin ifşası istiqamətində fəaliyyətini davam etdirəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR