Bəxtiyar Hacıyevdən

İctiami fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. O qeyd edib ki, Hacıyev artıq həkimlərin nəzarəti altındadır: "Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək", - deyə o qeyd edib.

Xatırladaq ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR