“Real Madrid”in müdafiəçisi Benzemaya deyil, Messiyə səs veribmiş -

Xəbər verdiyimiz kimi Argentina yığmasının və PSJ komandasının hücumçusu Lionel Messi FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilib.

Metbuat.az xəbər verir ki, Lionel Messiyə səs verənlərdən biri də Avstriya millisinin kapitanı, “Real Madrid” klubunun müdafiəçisi David Alaba olub. Onun namizədlər arasında olan “Real Madrid”in hücumçusu Kərim Benzemaya səs verməməsi müzakirə olunub. David Alaba məsələ barədə belə deyib:

“Lionel Messiyə verdiyim səs ilə bağlı onu deyim ki, mən Avstriya millisinin kapitanı kimi səsvermədə iştirak etdim. Bu səs mənim şəxsi seçimim deyil. Bu seçimi bütün Avstriya millisinin birgə razılaşması əsasında millinin kapitan olaraq etmişəm."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR