Adil Kərimliyinin yeni təyin etdiyi müşavirlərdən biri əməkdar artistdir -

Xəbər verdiyimiz kimi, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin əmri ilə Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı, jurnalist, Azərbaycanın əməkdar artisti Əmirbəyli Oleq Arnoldoviç 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirib. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. O, həmçinin AzTV və Mədəniyyət kanallarında aparıcı olaraq çalışıb.

Əmirbəyli Oleq Arnoldoviç 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR