"Qalatasaray"ın 1 ay əvvəl 15 milyona aldığı futbolçuya ŞOK TƏKLİF

Mövsümün fasiləsində “Qalatasaray”ın 15 milyon avroya “Roma”dan transfer etdiyi Nikolo Zaniolo diqqət mərkəzində düşüb.

Metbuat.az xəbər verir ki, “Milan”, “İnter” və “Yuventus” kimi klublar Zaniolunu transfer etmək istəyir. "La Gazzetta Dello Sport"un xəbərinə görə, "Yuventus" növbəti mövsümə hazırlıq çərçivəsində 23 yaşlı Nikolo Zaniolonu əsas hədəf siyahısına əlavə edib. Məlumata görə, Zaniolonun sərbəst qalmaq məbləği 35 milyon avrodur. “Yuventus”un bu məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Nikolo Zaniolo "Qalatasaray"la 4 il yarımlıq müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR